ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabr ayında keçiriləcək aralıq seçkilərində Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi halında ölkənin hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəniləcəyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, Tramp bu barədə Texas ştatında Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.
“Əgər Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də ABŞ Senatında, yəni hər iki palatada seçkilərdə qalib gəlsələr, mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm”, – deyə Tramp bildirib.
Prezident çıxışı zamanı Demokratlar Partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın “kommunist ölkəsinə” çevriləcəyini də iddia edib.
Tramp, həmçinin Respublikaçıların məğlubiyyətinin sərhəd təhlükəsizliyi, vergi güzəştləri və ölkənin rifahına mənfi təsir göstərəcəyini söyləyib.
“Əgər biz uduzsaq, siz sərhədinizi, vergi güzəştlərinizi, təhlükəsizliyinizi və rifahınızı itirəcəksiniz. Cəmi iki il əvvəl olduğu kimi, cəhənnəmdən keçəcəksiniz. Biz cəhənnəmdən keçdik. Bütün dünya bizə gülürdü”, – deyə ABŞ Prezidenti qeyd edib.





















