image-1backend

Trampa Ali Məhkəmədən zərbə: poçtla səsvermə planı bloklandı

image-ads-728x90

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasının poçt vasitəsilə səsvermə qaydalarını dəyişdirməyə yönəlmiş qərarının icrasını dayandırıb.

Korrekt.az xəbər verir ki, CNN-in məlumatına görə, məhkəmə hakimlərinin əksəriyyəti ABŞ Poçt Xidmətinə milyonlarla poçtla göndərilən seçki bülletenlərinin saxlanılması ilə bağlı geniş səlahiyyətlər verəcək yeni proseduru bloklayıb.

Qərar noyabrda keçiriləcək ara seçkilər ərəfəsində qəbul edilib. Məhkəmə administrasiyanın qərarla bağlı etirazının uğur qazanma ehtimalını “çox az” qiymətləndirib.

Təklifə bəzi respublikaçı seçki rəsmiləri də etiraz edərək, yeni qaydaların seçki prosesində xaosa və çoxsaylı seçicilərin hüquqlarından məhrum edilməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Donald Tramp dəfələrlə poçtla səsverməyə qarşı çıxıb və bu prosesin seçki saxtakarlığına yol aça biləcəyini iddia edib. CNN-in qiymətləndirməsinə görə, Ali Məhkəmənin son qərarı Tramp administrasiyası üçün ciddi siyasi və hüquqi məğlubiyyət hesab olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki