image-1backend

Sun: “ ABŞ  yaxın günlərdə İrana hava zərbəsi endirəcək”   

image-ads-728x90

Britaniyanın “Sun” qəzeti xəbər verir ki, ABŞ İranda etirazçılara qarşı basqın baş verəcəyi təqdirdə müdaxilə etmək məqsədi ilə bir sıra qırıcıları Avropaya köçürüb. Məqalədə Donald Trampın İrana verdiyi son xəbərdarlıq əsas götürülüb.

Korrekt.az xəbər verir ki, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının “C-17 Globemaster” və iki “AC-130” qırıcısı Britaniyadakı “RAF Fairford” hava limanına eniş edib.

Bildirilir ki, 160-cı Alay adətən yüksək dəyərli hədəflərə qarşı yüksək riskli və sürətli cavab missiyaları həyata keçirir. Qəzetin yazdığına əsasən, bu hərbi hazırlıqlar İranın etirazlarla üzləşən ali rəhbər Əli Xameneiyə qarşı mümkün addımlarla əlaqələndirilir. (Iranintl)

Tramp əvvəlcədən xəbərdarlıq edib ki, İslam Respublikası qüvvələri etirazçıları öldürərsə, Amerika çox sərt cavab verəcək. Bu, ABŞ prezidentinin İranda baş verən kütləvi etirazlara reaksiyası olaraq etdiyi ikinci təhdiddir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki