image-1backend

Politoloq : “İranla müharibə qlobal iqtisadi tarazlığa ciddi təsir göstərir”

image-ads-728x90

“İsrail və ABŞ-ın İrana qarşı hərbi addımları dünya düzənində əhəmiyyətli dəyişikliklərə yol aça bilər. Burada siyasi amillərdən öncə iqtisadi faktorlar əsas rol oynayır.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

“Bu müharibə qlobal xarakter daşıyır və həm görünən, həm də görünməyən tərəfləri var. Rusiya, Çin və Avropa iqtisadiyyatı öz daxilində ciddi sınaqlar yaşayır, Avropa isə avroya etimadı möhkəmləndirmək üçün təzyiq altındadır. Böyük şahmat taxtasında oyunlar heç də sadə deyil,” – deyə politoloq vurğulayıb.

Arzuman Muradlı bildirib ki, ABŞ üçün dolların qüdrəti, neft və silah satışı böyük strateji əhəmiyyət kəsb edir.

“Müharibə neft ölkələrini ABŞ-dan daha çox silah almağa sövq edəcək, eləcə də neftin qiymətinə nəzarəti gücləndirərək qlobal bazara təsir imkanlarını artıracaq,” – deyə o əlavə edib.

Politoloq xüsusilə neftin istehsal xərclərinə diqqət çəkib. Onun hesablamalarına görə, əgər ABŞ İranda məqsədinə nail olsa və müharibə sonrası neftin qiyməti barrel başına 40–45 dollar civarında müəyyənləşsə, bu vəziyyət aşağıdakı ölkələr üçün fərqli iqtisadi nəticələr yaradacaq:

İran: təxminən 9–13 $ / barrel

Venesuela: təxminən 23–30 $ / barrel

Rusiya: təxminən 17–42 $ / barrel

“Bu fərqliliklər göstərir ki, neftin istehsal xərcləri və qiymət dəyişiklikləri dünya iqtisadiyyatında ciddi gərginliklər və strateji dəyişikliklər yarada bilər,” – deyə Arzuman Muradlı qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki