Korrekt.az xəbər verir ki, dünən ABŞ Senatının respublikaçı üzvü Lindsey Graham İran hökumətinə qarşı sərt mövqeyini yeniləyərək, Tehranın “Yaxın Şərqdəki bütün problemlərin kökü” olduğunu bildirib.
O, gələn il Hizbullahın tərksilah ediləcəyinə, HƏMAS-ın məhv ediləcəyinə və İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşacağına ümid etdiyini vurğulayıb.
Respublikaçı konqresmen Co Uilson da İraqı İslam Respublikasının təsirindən azad etməyə çağırıb. O, Bağdadın Tehranın müttəfiqi olan silahlı qruplarla əlaqələri kəsməsinin vaxtının çatdığını söyləyib və deyib ki, İran İraqın ordusu, təhlükəsizlik strukturları və siyasi sisteminin böyük hissəsi üzərində təsirə malikdir.





















