Türkiyə türk dövlətləri arasında ətraf mühit, iqlim, şəhərsalma və investisiya sahələrində əməkdaşlığı genişləndirmək üçün TULIP adlı yeni platforma yaradır.
Korrekt.az xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalya şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) nazirlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, platforma çərçivəsində birgə şəhərsalma və investisiya layihələri hazırlanacaq, investorlar və maliyyə qurumları arasında əməkdaşlıq gücləndiriləcək.
Kurum həmçinin türk dövlətlərini təmiz enerji, su ehtiyatlarının idarə olunması, quraqlıqla mübarizə və iqlimə davamlı şəhərlərin qurulması istiqamətində birgə fəaliyyətə çağırıb.
Nazir Bakıda COP29 çərçivəsində başlanan və Astanada davam etdirilən əməkdaşlığın konkret layihələr və investisiyalarla genişləndirilməsinin vacibliyini vurğulayıb.





















