image-1backend

“Türkiyə və Azərbaycanla dövlət münasibətləri qurmaq üzərində işləyirik”

image-ads-728x90

“İrəvan dost İran və Gürcüstanla münasibətləri inkişaf etdirməklə yanaşı, digər iki qonşusu – Türkiyə və Azərbaycanla da dövlət münasibətləri qurmaq üzərində işləyir”.

Korrekt.az  “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu proses ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından bəri daha da əhəmiyyətli hala gəlib:
Hazırda İrəvan Bakı və Ankara ilə kommunikasiyaların açılması istiqamətində, o cümlədən yaxın aylarda ərazidə həyata keçirilməsinə başlanacaq TRIPP layihəsi çərçivəsində əməkdaşlıq edir.
Paşinyan bildirib ki, bu, təkcə Şərqdən Qərbə (Xəzər dənizindən Aralıq dənizinə) deyil, həm də Cənubdan Şimala (Fars körfəzindən Qara dənizə) nəqliyyat imkanları açacaq:
“Buna görə də, layihənin həyata keçirilməsindən regiondakı bütün ölkələr faydalanacaq”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki