image-1backend

Türkiyədə məktəbə hücum: Azərbaycan məktəbləri nə qədər təhlükəsizdir?

image-ads-728x90

Şanlıurfada məktəbə edilən silahlı hücum təhsil ocaqlarının təhlükəsizliyini yenidən gündəmə gətirdi. Xatırladaq ki, bir neçə ay əvvəl Bakıda da yerləşən liseylərdən birində oxşar insident yaşanmış, liseyə silahla girən şagird atəş açmış və hücum zamanı müəllim yaralanmışdı. Bu cür hücumlar təəssüf ki, müxtəlif ölkə məktəblərində də yaşanıb.

Maraqlıdır, hazırda Azərbaycan məktəbləri necə qorunur? Məktəblərdə təhlükəsizlik tədbirləri hansı səviyyədədir?

Mövzu ilə bağlı Tribuna.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ölkə üzrə məktəb və liseylərdə mühafizə sistemi o qədər də ürəkaçan vəziyyətdə deyil.

Onun sözlərinə görə, əslində orta ümumtəhsil məktəblərində mühafizə sistemi yüksək səviyyədə olmalıdır:

“Polis-mühafizə xidməti var və bu xidmətin əməkdaşları tərəfindən məktəblər mühafizə olunmaldır. Bunu da məktəblər, liseylər etməlidir.
Çünki terror aktı düşünən insanların ilk hədəf yerlərindən biri də məktəblər, təhsil müəssisələridir.

Son illər bir çox ölkədə məktəblərə, liseylərə edilən bu cür hücumları nəzərə alaraq tədbirli olmaq lazımdır.

İllər əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə terror hücumu olmuşdu. Gənclərimiz öldürülmüşdü. O ərəfədə bütün təhsil ocaqlarında təhlükəsizlik tədbirləri görüldü. Ancaq üzərindən bir neçə il keçdikdən sonra yenə nəzarət unuduldu.

Bütün təhsil ocaqlarında təhlükəsizliyin təmin edilməsi, nəzarətin gücləndirilməsi arzuolunandır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki