Türkiyənin müdafiə naziri Yaşar Güler Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun təşkil etdiyi tədbirdə iştirak edib. Onun sözlərinə görə, iki ölkə arasında strateji əməkdaşlıq bütün sahələrdə inkişaf edir.
Korrekt.az xəbər verir ki, Gülər həmçinin əlavə edib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri kadr hazırlığı, birgə təlimlər, hərbi təcrübə mübadiləsi və mina təmizləmə işlərindən tutmuş hərbi-sənaye layihələrinə qədər bir çox sahələrdə birgə işləyir.
Türkiyəli nazir Ermənistan-Azərbaycan sülh prosesinə toxunaraq qeyd edib ki, onlar ötən il Vaşinqtonda əldə edilən başlanğıcı və son zamanlar sülhün bərqərar olması istiqamətində atılan müsbət addımları alqışlayırlar.
Gülər qeyd edib ki, “Ümid edirik ki, tezliklə hərtərəfli və davamlı bir sülh bərqərar olacaq. Biz prosesi davamlı regional sülhü gücləndirəcək və bütün region xalqlarının sülhünə və rifahına töhfə verəcək bir yanaşma ilə başa çatdırmaq səylərini dəstəkləyirik”.





















