image-media-27b74ad5-a0c8-4126-b804-3daa51b553e0-l16w8mqrpyfatu5v2k9h-620x460backend

Yaddaş – dövlət və milli gücün təməlidir

image-ads-728x90

Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizimüəyyənləşdirir

Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş “İrs Keşikçisi” sənədli filminin təqdimatı keçirilib. İlk dəfə olaraq Çinin ən böyük media korporasiyasının audiovizual layihələrindən birinin Azərbaycan dilində versiyası hazırlanıb.

 İlk baxışdan söhbət mədəni və media həyatında baş verən bir hadisədən gedir. Bunun arxasında isə daha genişmiqyaslı prosesin izləri görünür: bu gün hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycanla Çin arasında humanitar əlaqələrin yeni mərhələsi formalaşır.

 XXI əsrdə mədəni irs dövlət üçün nə deməkdir? Tarixi yaddaş uğrunda mübarizə niyə beynəlxalq siyasətin bir hissəsinə çevrilir? Diplomatiyanın bəzən illər tələb etdiyi məqamlarda mədəniyyət dövlətləri bir-birinə yaxınlaşdıra bilərmi? Qarabağ və Şərqi Zəngəzurun mədəni məkanının geri qaytarılması və dirçəldilməsinin bənzərsiz mərhələsini yaşayan Azərbaycan bu prosesdə hansı yeri tutur?

 Bu və digər məsələləri barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva ilə müzakirə edirik.

 Təqdim olunan film “İrs Keşikçisi” adlanırTədbirdəkiçıxışınızda məhz bu ada xüsusi diqqət yetirdiniz. “Keşikçi” anlayışı bu gün niyə belə böyük əhəmiyyət qazanır kəsb edir?

 – Çünki irs öz-özünə qorunub saxlanmırHər bir memarlıqabidəsininəlyazmanınmusiqi ənənəsinin, milli sənətkarlıqnümunəsinindilin  tarixi yaddaşın arxasında insanlarinstitutlardövlət siyasəti  ictimai məsuliyyət dayanırİrsinmüxtəlif zamanlar arasında körpü olduğunu dərk etmək olduqcaəhəmiyyətlidir. O, bizə keçmişdən gəlibbu gün bizimləbirlikdədir  bizdən sonra yaşayacaq insanlara ötürülməlidir. Buna görə  irsin keşikçisiəslindətarixi yaddaşındavamlılığının qorunmasına cavabdehdir. Bu əlaqə qırıldıqdacəmiyyət öz mədəni kodunun bir hissəsini itirməyə başlayırHəmin əlaqə qorunduqda isə insanlar öz bəşəri mahiyyətini qoruyaraq irəli getmək imkanı qazanırlarMəhz buna görəfilmin təqdimatı çıxışımda qeyd etdim ki, mədəni irs bu gün kimolduğumuzu əks etdirir  gələcəkdə kim olacağımızı əsaslışəkildə müəyyən edir.

 Belə çıxır ki, mədəniyyətin qorunması artıq milli təhlükəsizlik məsələsinə çevrilib?

– Müasir dünyada milli təhlükəsizlik anlayışı hərbi  yaiqtisadi komponentdən xeyli genişdirBuraya tarixi yaddaşmədəni kimlikdildəyərlər sistemi  ictimai özünüdərk kimi amillər daxildirÖz tarixini yaxşı bilən  mədəniyyətininmənşəyini anlayan xalq informasiyaideoloji  ya mədənitəzyiq cəhdlərinə qarşı daha dayanıqlı olurTarixi narrativlərinbeynəlxalq rəqabət vasitələrindən birinə çevrildiyi son onilliklərdə bunu xüsusilə aydın gördükAbidələrtoponimlərarxivlər  mədəni sərvətlər ətrafında mübahisələr bəzən siyasiəhəmiyyət qazanır. Buna görə  milli irsin qorunması eynizamanda xalqın tarixi subyektliyinin qorunması deməkdir.

 Bu cür yanaşmaya mədəniyyət bərabərhəm dövlətçilik baxımından yanaşsaqstrateji təmkinardıcıllıq həlledici qərarlar üçün doğru zamanı seçmək bacarığıAzərbaycanın xarici siyasətində hansı rol oynayıb?

– Prezident İlham Əliyevin siyasi kursunun səciyyəvixüsusiyyətlərindən biri də strateji hədəfi görməkona çatmaqüçün ardıcıl şəkildə şərait yaratmaq  ən əlverişli məqamyetişəndə hərəkət etmək bacarığıdırHələ 2020-ci ildə Prezidentbunu son dərəcə aydın ifadə etmişdi: “Nəyi  vaxtnecə etməklazımdırbunu mən bilirəm”. Bununla da belə yanaşmanın həmsiyasihəm  diplomatik müstəvidə dəfələrlə özünügöstərdiyini vurğulamışdıEyni zamanda, o, başqalarınıngündəliyinə uyğunlaşmayanəksinəöz gündəliyiniformalaşdıran fəal  təşəbbüskar diplomatiyanın vacibliyinidaim vurğulayırdıBurada diplomatik amil xüsusi əhəmiyyətdaşıyırAzərbaycan uzun illər ərzində Prezident İlham Əliyevinrəhbərliyi ilə beynəlxalq hüquqi mövqelərini məqsədyönlüşəkildə möhkəmləndiriböz arqumentlərini dünya ictimaiyyətinəçatdırıbtərəfdaşlarının dairəsini genişləndiribeyni zamandadövlətin iqtisadi  siyasi potensialını artırıbİkinci Qarabağmüharibəsi başa çatdıqdan sonra rəsmi Bakı özü sülh müqaviləsitəşəbbüsü ilə çıxış etdibeş baza prinsipi təklif etdi  sonrakıdanışıqlar prosesinin arxitekturasını faktiki olaraqmüəyyənləşdirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldəolunmuş razılaşmaları  Azərbaycanla Ermənistan arasındasülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını bu çoxillikxəttin mühüm nəticəsi kimi qiymətləndirmək olarStratejitəmkin təşəbbüskar diplomatiya ilə tamamlandınəticə isəbeynəlxalq hüquqi  siyasi müstəvidə təsbit olundu.
Müasir Azərbaycan diplomatiyasının xüsusiyyətlərindən biri məhz budurhadisələrin arxasınca getmək əvəzinəimkandaxilində onların məntiqini formalaşdırmaqtarixitələsdirməməklakin fürsət pəncərəsi açılanda həmin məqamahazır olmaqDüşünürəm ki, son illərin hadisələri bu yanaşmanın qədər doğru  vacib olduğunu aydın şəkildə göstərdi.Mədəni diplomatiya da istisna deyil.

 Qarabağ və Şərqi Zəngəzurla bağlı bu mövzu bu gün Azərbaycan üçün xüsusi məna daşıyır. Azad edilmiş ərazilərdə baş verənləri müasir Azərbaycanın ən böyük mədəni layihələrindən biri adlandırmaq olarmı?

 – Bu gün Qarabağda və Şərqi Zəngəzurda tarixi və mədəni həyatın geri qayıdışı ilə bağlı genişmiqyaslı prosesin şahidiyik. Əlbəttə ki, burada söhbət abidələrin, məscidlərin, tarixi binaların, muzeylərin, mədəniyyət müəssisələrinin və şəhər mühitinin bərpasından gedir. Baş verənlərin əhəmiyyəti isə daha dərindir. Bu torpaqların mədəni ab-havası geri qayıdır. Şuşada yenidən musiqi səslənir. Ənənələr dirçəlir. Festivallar, beynəlxalq mədəni tədbirlər keçirilir, muzeylər və yaradıcılıq məkanları açılır. Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərərək regionun yeni təhsil və intellektual mərkəzini formalaşdırır. Qarabağın və Şərqi Zəngəzurun digər şəhərlərində qardaş türk ölkələrinin azad edilmiş ərazilərin dirçəldilməsinə töhfəsini simvolizə edən mənəvi və mədəni-maarif mərkəzləri yaradılır. Füzuli, Zəngilan və Laçın Qarabağı dünyaya bağlayan səma qapılarına çevrilib, yəni bütün bu şəhərlər mədəniyyətlərarası və regionlararası platformalara çevrilir. İnsanlar doğma evlərinə qayıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə millimədəni irsin qorunması və bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni məkanının dirçəldilməsi isə bu siyasətin ən mühüm tərkib hissəsinə çevrilib. Məncə, burada çox mühüm proses gedir: bu ərazilər ölkənin təkcə inzibati və iqtisadi məkanına qayıtmaqla yanaşıölkənin mədəni məkanına yenidən inteqrasiya olunur.

 Bəs dağıdılmış abidəni bərpa edib ilkin görkəminə qaytarmaq mümkündürmü? Tutaq ki, dı bərpa etmək olar, bəs yaddaşı?

 – Bu, bəlkə də ən çətin suallardan biridir. Binanın bərpası memarların, tarixçilərin, arxeoloqların və sənətşünasların üzərinə düşən peşəkar vəzifədir. Mədəni yaddaşın bərpası isə daha çox vaxt və bütün cəmiyyətin iştirakını tələb edir. Yaddaş insanlar vasitəsilə yaşayır. Məhz əcdadları əsrlər boyu Şuşada yaşamış ailə şəhərə qayıtdığı, uşaq valideynlərinin doğma şəhərini ilk dəfə gördüyü, “Xarıbülbül” festivalı yenidən keçirildiyi, muğam səsləndirildiyi, məktəblər və mədəniyyət mərkəzləri açıldığı zaman bu məkan canlanmağa başlayır. Buna görə də əsl dirçəliş oraya həyat qayıdanda, nəfəs duyulanda, abidə yenidən insan həyatının bir hissəsinə çevriləndə başlayır. Divarları qüsursuz şəkildə bərpa etmək olar. Mədəniyyət isə həmin divarların arasında insan hekayəsi yenidən yarandıqda meydana çıxır.

 Filmin təqdimatındakı çıxışınızda Heydər Əliyev Fondunun fəaliyyətindən də danışdınız. Azərbaycanın mədəniyyət siyasəti ölkə hüdudlarından kənarda nə dərəcədə geniş əhatə dairəsinə malikdir?

 – Azərbaycan uzun illərdir belə bir prinsipə əsaslanır ki, öz irsinə hörmət təbii olaraq digər xalqların irsinə də hörmətlə müşayiət olunmalıdır. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük işlər görür. Fondun mədəniyyət və bərpa layihələrinin coğrafiyası Azərbaycanın hüdudlarını aşaraq, müxtəlif ölkələri və sivilizasiya məkanlarını əhatə edir.
Baxın, Fondun dəstəyi ilə Fransanın Versal sarayında və Strasburq Kafedralında nə qədər müxtəlif bərpa ləraparılıb, Luvrda layihələr həyata keçirilib, Vatikan və Romada erkən xristian katakombaları və abidələri, Bolqarıstandakı “Trapezitsa” Memarlıq-Muzey Qoruğu bərpa olunub. Fond mədəni təşəbbüslərlə yanaşı, müxtəlif ölkələrdə, o cümlədən Pakistanda təhsil, səhiyyə və xeyriyyə layihələri həyata keçirib. İslam mədəni ənənələrinə malik ölkə olan Azərbaycanın xristian ziyarətgahlarının və dünya sivilizasiyası abidələrinin qorunmasında iştirakı xüsusilə rəmzi məna daşıyır. Mədəni diplomatiyamızın mühüm xüsusiyyəti də məhz bunda özünü göstərir: öz kimliyimizi qorumaqla bərabər, dünya xalqları mədəniyyətlərinin müxtəlifliyinə hörmətlə yanaşırıq. Sözügedən siyasət Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, etimad mühiti yaradır və mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqa töhfə verən etibarlı tərəfdaş kimi rolunu təsdiqləyir.

Dövrümüzdə “yumşaq güc” anlayışı tez-tez gündəmə gətirilir. Mədəniyyətə bu prizmadan yanaşmaq onu siyasi təsir vasitəsinə çevirmirmi?

– Mən bu məsələdə fərqlilik yaradan cizgiləri dəqiq müəyyənləşdirmək istəyərdim. Mədəniyyətdən yalnız siyasi təsir aləti kimi istifadə edildikdə o, səmimiyyətini tez itirir. İnsanlar bunu hiss edirlərƏsl mədəni diplomatiya başqa cürqurulurOnun əsasında maraqhörmətqarşı tərəfi anlamaqistəyiçeviklik  həssaslıq dayanmalıdırAzərbaycanlıtamaşaçı Çin sivilizasiyasıÇin fəlsəfəsiincəsənəti  yaənənələri haqqında daha çox məlumat əldə edirsəçinli tamaşaçıisə NizaminimuğamıŞuşanıAzərbaycan xalçasınıədəbiyyatımızı  tariximizi özü üçün kəşf edirsəqarşılıqlıtanıma məkanı yaranır. Bir-birini tanıdıqca isə etimad doğurMəhz buna görə humanitar əlaqələr əksər hallarda bir çox siyasikonstruksiyadan daha dayanıqlı təməl yaradır.

 China Media Group-un layihəsi ilk dəfəbirbaşa Azərbaycan dilinə tərcümə olunubBurada dil  dərəcədə prinsipial əhəmiyyətdaşıyırAxı filmi rus  ya ingilis dilindəaltyazılarla da göstərmək olardı.

 – Dil çox böyük əhəmiyyət daşıyırBaşqa birmədəniyyət insana onun ana dilində təqdimolunanda tamam fərqli qəbul edilir. Bu, auditoriyayaonun mədəni məkanına  milli kimliyinə hörmətin ifadəsidir. Buna görə “İrsKeşikçisi” filminin Azərbaycan dilindəversiyasının hazırlanmasını humanitarəlaqələrimizin yeni mərhələsinin mühüm rəmzikimi qiymətləndirirəmMüasir Çinin inkişafınıminilliklər boyu davam edən sivilizasiyavarisliyinin qorunmasımədəni özünəinamaçıqlıq  sivilizasiyaların qarşılıqlızənginləşməsi ilə əlaqələndirən Çin XalqRespublikasının Sədri Si Cinpinin yanaşması da xüsusi diqqətə layiqdirOnun konsepsiyasındamədəni irs tarixi ənənəni modernləşmə innovasiyalarla birləşdirə bilən canlı inkişafresursu kimi qəbul olunurQlobal SivilizasiyaTəşəbbüsünü irəli sürən Si Cinpinmədəniyyətlərin müxtəlifliyinə hörmətəbərabərhüquqlu dialoqa  xalqların bir-birindən öyrənməsinə xüsusi diqqət çəkib.
Bu kontekstdə CMG-nin Azərbaycan dilinətərcümə olunan ilk audiovizual layihəsi dahadərin məna kəsb edir. Bu, ölkələrimiz arasındaqarşılıqlı marağın artdığının göstəricisidir.

  Bu gün Çin ilk növbədə iqtisadi sıçrayıştexnologiyalarsüniintellekt  qlobal ticarətlə əlaqələndirilirBelə sürətlimodernləşmə şəraitində Pekin qədim mədəniyyətə niyə bu qədərböyük diqqət ayırır?

 – Bilirsinizuğurlu modernləşmə heç  tarixi köklərdən imtinaetməyi nəzərdə tutmurƏksinədavamlı inkişaf müasirlikləsivilizasiya kimliyinin vəhdətindən yaranırÇin yüksəktexnologiyalarıqlobal iqtisadiyyatı  infrastruktur inkişafınıminilliklərə söykənən tarixə diqqətlə uzlaşdırmağın maraqlınümunəsini təqdim edirBelə yanaşma Azərbaycan üçün anlaşılandır  bizə yaxındır. Biz  müasir dövlətiktexnologiyalarıinfrastrukturubeynəlxalq nəqliyyatmarşrutlarını  yeni şəhərləri fəal şəkildə inkişaf etdiririkEynizamandatarixi yaddaşədəbiyyatmusiqimemarlıq  milli ənənələr bizim üçün fundamental əhəmiyyət daşıyırMüasirlikləənənə heç bir halda ziddiyyət təşkil etməməlidirOnlarınharmoniyası ciddi inkişaf resursuna çevrilə bilərÜstəlikbizimçoxlu ortaq cəhətlərimiz var.

  Nizami Gəncəvinin adını çəkdinizOnun “Yeddi gözəl” poeması Azərbaycanla Çin arasında özünəməxsus mədənikörpüdürSizcə bu tarixi parallel müasir dövr üçün niyə buqədər əhəmiyyətlidir?

 – Dahi Nizaminin “Yeddi gözəl” poeması yalnız AzərbaycanlaÇin arasında təkcə körpü rolunu oynamır. O, həm  Avrasiyanıbirləşdirməyə qadir olan bir mənəvi bağdır. Bu, Azərbaycanınbütün dünya ilə əlaqələrinin  qədər dərin olduğunu göstərirBöyük İpək Yolu malların daşındığı marşrut idilakinkarvanlarla birlikdə ideyalarbiliklərbədii obrazlarmusiqifəlsəfə  dillər  daşınır  yayılırdıNizami GəncəvininYeddi gözəl” poemasında Çin mədəniyyət xətti yer alırHələXII əsrdə dahi Azərbaycan şairi Çini böyük intellektual sivilizasiya dünyasının bir hissəsi kimi qəbul edirdi. Bu, Avrasiyanın mədəni əlaqələrinin  qədər dərin olduğununheyrətamiz nümunəsidir. Bu gün nəqliyyat dəhlizləri ŞərqləQərbi yenidən birləşdirir. Bu marşrutlarla yalnız konteynerlərdaşınarsaonların potensialının cəmi bir hissəsindən istifadəetmiş olarıqMüasir İpək Yolu ilə kitablarfilmlərideyalartələbələrrəssamlarmusiqiçilər  tədqiqatçılar da səyahətetməlidirlər. O zaman infrastruktur bağlılığı sivilizasiyabağlılığına çevriləcək.

 Belə çıxır ki, Orta Dəhliz sizin üçün həm iqtisadihəm mədəni marşrutdur?!

– Orta Dəhliz haqqında daha çox iqtisadiyyatın dili ilə danışılır. Bir qayda olaraqnəqliyyatdanlogistikadançatdırılmamüddətlərindəndəmir yollarındanlimanlardan  yükaxınlarından söz açılırİstənilən böyük kommunikasiyaarteriyası isə zamanla humanitar coğrafiya da yaradırTarixiİpək Yolu nəhəng mədəni mübadilə zonası formalaşdırmışdıMüasir nəqliyyat marşrutları XXI əsrin şərtləri daxilində analojitəkanlara səbəb ola bilər. Azərbaycan burada coğrafitarixi mədəni baxımdan unikal mövqeyə malikdir. Bu nöqteyi-nəzərdən biz Mərkəzi AsiyaÇinQafqazTürkiyə  Avropanıhəm yalnız logistika deyilhəm  humanitar baxımdan görüşməkanına çevrilə bilərikMəncəperspektivdə məhz mədəniməzmun iqtisadi əlaqələri xeyli dayanıqlı edə bilər.

 AzərbaycanÇin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldiyi elan olunub.  Bu səviyyədə tərəfdaşlıqmünasibətlərində mədəniyyət çox vaxt siyasət  iqtisadiyyatınkölgəsində qalırSizcəbu ənənəvi yanaşma indi dəyişə bilərmi?

 – Məncəartıq dəyişirİqtisadiyyat dövlətlərin maraqlarınıəlaqələndirirSiyasət qarşılıqlı fəaliyyət mexanizmləri yaradırMədəniyyət isə cəmiyyətləri birləşdirirÜçüncü element olmadan strateji tərəfdaşlıq əsasən institusional səviyyədə qalabilərMünasibətlər əsl mənada dərinləşirMəhz buna görəPrezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı mövcud siyasi etimad səviyyəsi ölkələrimizarasında münasibətlərin humanitar ölçüsünün genişləndirilməsiüçün çox ciddi imkanlar yaradır. “İrs Keşikçisi” filminintəqdimatında çıxış edənləri diqqətlə dinləsənizonların ikitərəfliəlaqələrin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinəçatdığınımədəniyyəttəhsil, media, elm, turizm  digərsahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunduğunuvurğuladıqlarını görərsiniz.

 Azərbaycanla Çinin hansı birgə layihələrini daha perspektivlihesab edirsiniz?

 – İmkanlar çoxdurBirgə sənədli filmlərin hazırlanmasındaböyük potensial görürəmMəsələnAzərbaycan keramikası iləÇin çinisininşəbəkə ilə Çin naxış sənətinin ortaq cəhətlərinigöstərməkÇin Yeni ili ilə Novruz arasında paralellər aparmaqkəlağayı hazırlama ənənələri ilə Çinin ipək toxuculuğu sənətinimüqayisə etmək  digər paralelləri üzə çıxarmaq olarAxıbunların hamısı Böyük İpək Yolunun qarşılıqlı təsirininnəticəsidir

Ədəbiyyatın tərcüməsi sahəsində  böyük potensial var. Azərbaycanlı oxucu Çin ədəbiyyatı  folkloru iləçinli oxucuisə Azərbaycan klassikası  müasir müəlliflərlə tanış olmaqimkanı qazanmalıdırGənclər mübadiləsi  çox vacibdirƏgərmünasibətləri gələcək onilliklər üçün qurmaq istəyiriksəÇin Azərbaycan gəncləri bir-birini tanımalıbir-birinin diliniöyrənməlidirlər.
 Hazırda süni intellekt bir neçə saniyə ərzində təsvirlərmusiqi mətnlər yaradaitirilmiş obyektləri bərpa edə bilir. Bu haldabelə bir ziddiyyət yaranmazmıtexnologiyalar bir tərəfdən irsinqorunmasına kömək edəcəkdigər tərəfdən isə onun orijinallığıbarədə təsəvvürləri zəiflədəcək?

– Bu, qarşıdakı illərin ən mühüm məsələlərindən biridirTexnologiyalar mədəniyyət üçün çox böyük imkanlar yaradırSüni intellekt tədqiqatçılarabərpaçılaraarxivçilərətərcüməçilərə  muzey mütəxəssislərinə kömək edə bilərTexnoloji rekonstruksiya isə heç vaxt tarixi həqiqəti əvəzetməməlidir. Biz orijinalelmi bərpa  rəqəmsal interpretasiyaarasındakı fərqi aydın şəkildə anlamalıyıqSüni intellektdövründə orijinallığın dəyəribəlkə daha da artacaqKeçmişin süni surətini yaratmaq  qədər asanlaşırsaorijinalınharada olduğunuonun tarixini  mənşəyini hansı elmiməlumatların təsdiqlədiyini bilmək bir o qədər vacib olacaq.
Buna görə  mədəni irsin gələcəyi humanitar sahəmütəxəssisləri ilə texnoloqların çox sıx əməkdaşlığını tələbedəcək.

 Sonuncu sualSizin fikrinizcəbu gün əsl “İrs Keşikçisi” kimdir?

 – Məncəirs keçikçisi özündən əvvəl yaradılanların dəyərinianlayan  onları gələcək nəsillərə çatdırmaq məsuliyyətini hiss edən hər bir insandır.

Əbülfəz BABAZADƏ

Tərcümə etdi Hacı Cavadov



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki