image-1backend

Ynet:  İranda mümkün dəyişiklik  İsrailin deyil, İran xalqının əlindədir

image-ads-728x90

İsrailin Ynet xəbər saytı İslam Respublikasının gələcəyi ilə bağlı analitik qeyddə bildirib ki, İranda baş verə biləcək fundamental dəyişikliklər İsrailin nəzarətindən kənar amillərdən, ilk növbədə isə İran xalqının özündən asılıdır.

Korrekt.az xəbər verir ki, Ynet yazısında son həftələrdə İranda daxili vəziyyətin pisləşməsi ilə bağlı xəbərlərin və şərhlərin artdığını xatırladıb. Məqalədə qeyd olunur ki, bu şərhlər son on ildə dəfələrlə səslənən “İran rejimi çökmək üzrədir” başlığı altında yenidən gündəmə gəlib.

Ynet, “Hammihan” qəzetinə istinadən İran iqtisadiyyatındakı dərin böhrana diqqət çəkərək bildirib ki, ölkədə inflyasiya 50 faizi keçib, ərzaq qiymətləri 60 faizdən çox artıb, əhalinin təxminən üçdə biri isə gündə 2 dollardan az gəlirlə mütləq yoxsulluq şəraitində yaşayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki