Məşhur bloqer Yujin Beleza bu dəfə karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayevlə həmsöhbət olub.
Korrekt.az xəbər verir ki, bloqer idmançımızla görüşün görüntülərini 7 milyonluq səhifəsində paylaşıb.
Belə ki, onlar arasında maraqlı dialoq yaşanıb. Yujin R.Ağayevdən azərbaycanca adını, haralı olduğunu soruşub, həmçinin digər sualları ünvanlayıb.
Qeyd edək ki, Y.Beleza müxtəlif ölkələri ziyarət edərək insanlarla ünsiyyət qurur. Onun kontenti isə fərqli dilləri öyrənməklə bağlıdır.





















