
Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi uşaq və gənclərin mina və partlayıcı qalıqlar təhlükəsi barədə bilik və bacarıqlarını interaktiv, oyun-əsaslı və yaradıcılıq yönümlü qeyri-formal təhsil metodları ilə artırmaq, təhlükəli ərazilərdən qorunma vərdişlərini formalaşdırmaqdan ibarətdir. Layihə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində icra olunur və hər 3 rayon üzrə uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili, uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası- idman festivalı”nın, Füzuli şəhərində “Mina təhlükəsi- rəsmlərdə” rəsm müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Fəaliyyət planına uyğun olaraq 04 sentyabr 2026- cı ildə işğaldan azad olunmuş ərazidə salınmış Zəngian şəhərində uşaqların qeyri-formal üsullarla mina təhlükəsi barədə maarifləndirmə tədbiri həyata keçirilib. Tədbiri “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi sədri, layihə rəhbəri Jalə Teymurlu layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermişdir. ANAMA-nın əməkdaşı Ana Vəliyev çıxış edərək, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə əhalinin maarifləndirilməsi istiqamətində qurumun gördüyü işlər haqqında məlumat vermiş, QHT-lərlə əməkdaşlıq çərçivəsində görülən işlərin xüsusi faydasını qeyd etmiş, uşaqlarla tədbirlərin təşkilinin zərurililiyi bildirilib.

Layihənin eksperti-minadan zərərçəkən, ANAMA-nın müxtəlif beynəlxalq konfranslarının iştirakçısı, haqqında film və bir sıra videolar hazırlanmış Cəfərova Tamam tərəfindən tərəfindən mina və müharibənin partlamamış qalıqları, mina mifləri, mina təhlükəsi ilə mübarizə, mina və partlamamış hərbi sursatların insan həyatına yaratdığı faciə, öz acı həyat hekayəsi haqqında uşaqların anlayacağı şəkildə ətraflı məlumatlar verilmiş, həyata keçirilməsi nəzərdə tutulan “Təhlükəsiz oyun meydançası” idman festivalı və“Mina təhlükəsi- rəsmlərdə” rəsm müsabiqəsi ilə bağlı müzakirə təşkil edilib, idman və incəsənət vasitəsilə maarifləndirmənin uşaqlar üçün daha maraqlı, yaddaqalan və əyləncəli olması bildirlib. Tədbirdə iştirak edən hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq təqdim olunmuş, cay-kofe fasiləsi təşkil olunmuşdur.

Layihənin İcra Planına uyğun olaraq növbəti mərhələdə uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası- idman festivalı”, Füzuli şəhərində “Mina təhlükəsi- rəsmlərdə” rəsm müsabiqəsi həyata keçiriləcəkdir.























