“Мilan” klubunda bir sıra təcrübəli futbolçuların zədələnməsi səbəbindən baş məşqçi Massimiliano Alleqri İtaliya Super Kuboku üçün heyətə beş gənc oyunçu dəvət edib.
Korrekt.az xəbər verir ki, dəvət olunan futbolçular arasında “Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviçin oğlu, 19 yaşlı Maksimilian İbrahimoviç də yer alıb.
Qeyd edək ki, İtaliya Super Kuboku 18–22 dekabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək. Turnirin yarımfinal mərhələsində “Milan” “Napoli” ilə, digər görüşdə isə “İnter” “Bolonya” ilə üz-üzə gələcək.








