Çempionlar Liqasının 6-cı turunda ilk oyun günü başa çatıb. Tur çərçivəsində bir sıra diqqətçəkən qarşılaşmalar keçirilib.
Korrekt.az xəbər verir ki, İtaliya təmsilçisi Inter Milan öz meydanında İngiltərə çempionu Liverpool FC-ni qəbul edib və minimal hesabla məğlub olub. Matçın yeganə qolunu 88-ci dəqiqədə macar yarımmüdafiəçi Dominik Soboslai penalti zərbəsindən vurub.
Günün digər mühüm qarşılaşmasında İspaniya çempionu FC Barcelona almaniya təmsilçisi Eintracht Frankfurt-u qəbul edib. Kataloniya klubu fransalı müdafiəçi Jül Kundenin üç dəqiqə ərzində vurduğu dubl sayəsində 2:1 hesabı ilə qalib gəlib.
Londonda isə Tottenham Hotspur Çexiyanın “Slaviya” klubuna 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələ iddiasını gücləndirib.
Çempionlar Liqası – 6-cı tur
9 dekabr
Barselona – Ayntraxt Frankfurt: 2:1
Jül Kunde – 50, 53
Ansgar Knauf – 21
İnter – Liverpul: 0:1
Dominik Soboslai – 88 (penalti)
Atalanta – Çelsi: 2:1
Canluka Skamakka – 55
Şarl de Ketelare – 83
Joao Pedro – 25
Monako – Qalatasaray: 1:0
Folarin Balogun – 68
PSV – Atletiko Madrid: 2:3
Qus Till – 10
Rikardo Pepi – 85
Julian Alvares – 37
David Ganzko – 52
Aleksander Serlot – 56
Royal Union – Marsel: 2:3
Anan Halaili – 5, 71
İqor Paişao – 15
Meyson Qrinvud – 41, 58
Tottenhem – Slaviya: 3:0
David Zima – 26 (avtoqol)
Məhəmməd Kudus – 50 (penalti)
Xavi Simmons – 79 (penalti)
Bavariya – Sportinq: 3:1
Serj Qnabri – 65
Lennart Karl – 69
Conatan Ta – 77
Coşua Kimmix – 54 (avtoqol)
Kayrat – Olimpiakos: 0:1
Gelson Martins – 73










