image-1backend

ABŞ Rusiya “düşmənçiliyinin” gizli üzü: ABŞ Rusiyaya 100 milyard dollar sərmayə qoyub

image-ads-728x90

Rusiyanın ABŞ-a ixracı 2025-ci ildə 35%, ABŞ-ın Rusiyaya ixracı isə bu il 15% artıb. Korrekt.az xəbər verir ki, bunu “AmCham Russia”nın prezidenti və baş icraçı direktoru Robert Agee RTVI televiziyasına verdiyi müsahibədə bildirib.

“Əvvəla, artdı, amma çox aşağı səviyyədən. Səhv etmirəmsə, ABŞ-dan idxal 35%, Amerikadan Rusiyaya 15% artdı, amma yenə də çox aşağı səviyyədədir. Bilirik ki, çoxlu qadağalar mövcuddur. İxrac etmək istədiyimiz bir çox məhsul var, amma qanun çərçivəsində bunu edə bilmərik, bu, [qarşılıqlı ticarətə] mane olur”, – deyə Ageee qeyd edib.

“AmCham” prezidenti bildirib ki, ABŞ biznesi 25 il ərzində Rusiyaya təxminən 100 milyard dollar sərmayə qoyub. Agee qeyd edib ki, ABŞ şirkətləri Rusiyada bir çox zavod açıblar. “Səhiyyə, əczaçılıq şirkətləri, sənaye və s. sahələrdə bu şirkətlər burada işləyir və məhsullarının istehsalını davam etdirirlər”, – deyə o əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki