Çox güman,manipulyasiya sözünü tez-tez eşidirsiz.
Manipulyasiya sözünün tam tərifi olmadığı üçün bu sözün mənasını müxtəlif cür izah etmək olar.Manipulyasiya bir şəxsin və ya qrupun digər bir şəxsə və ya qrupa təsir edərək,idarə etməsi deməkdir.
Manipulyasiya edərkən qarşı tərəfin hisləri,duyğuları hədəfə alınır.Manipulyasiya ağıl oyunudur.Əgər bir şəxs sizə bir şeyi etməyinizi istəyəndə “yox” deyə bilmirsinizsə,manipulyasiya edilirsiz.
Marketə gedərkən bəzi məhsulların 11 manat 99 qəpik,12 manat 99 qəpik olduğunu görürsünüzsə,manipulyasiya edilirsiz.
Manipulyasiyanın inandırma,aldatma,yönləndirmə adlı növləri vardır.
Biz bəzən bir mənzilin bir yox,bir neçə nəfərə satıldığı xəbərini eşidirik.Demək ki,bir mənzili bir neçə nəfərə satan şəxs aldatma manipulyasiyasından istifadə edərək alıcıları aldadıb.Yönləndirmə manipulyasiyası dedikdə vitrində geyimlərin düzgün düzülüşünün seçimlərimizə təsir etməsini misal gətirə bilərik.
Manipulyasiyanın yönləndirmə növünə sosial şəbəkələrdə daha çox rast gəlirik.
Diqqət etmisinizsə,”İnstagram” ən çox izlədiyimiz foto və videolara oxşar foto və videolar qarşımıza çıxarır.
Buradan belə bir nəticəyə gəlirik ki,sosial şəbəkələr əvvəlcə bizim maraqlarımızı əldə edir və sonra yönləndirmə manipulyasiyasını həyata keçirir.
Manipulyasiya xoşməramlı və pisməramlı olur.Sosial şəbəkələrdə sağlam həyat tərzi ilə bağlı paylaşılan yazılar xoşməramlı manipulyasiyaya aiddir.
Manipulyasiya çox zaman gizli şəkildə həyata keçirildiyi üçün təsir olunan adamın əlində manipulyasiyaya uğradığı barədə sübut olmur.
Manipulyasiyaya tuş gəlməmək üçün manipulyasiya hiylələrini bilməli,mövqeyimizdə qəti qərarlı olmalı və seçimlərimizə sadiq olmalıyıq.
Könül Mürsəliyeva





















