image-f5trptupn5rzunrwulqte0fph1gswrusuia0fqebbackend

Bakıda Türkiyə-Azərbaycan Dostluq Konserti keçirildi – FOTOLAR

image-ads-728x90

Bakıda Türkiyə və Azərbaycanın sənətçilərini eyni səhnədə bir araya gətirən Dostluq Konserti təşkil olunub. Oktyabrın 19-da keçirilən tədbir iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.

Korrekt.az xəbər verir ki, konsert Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi ilə Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı çərçivəsində baş tutub.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Türkiyədən fleyta ifaçısı Lelya Bayramoğulları və Azərbaycandan pianoçu Nərmin İsgəndərova çıxış ediblər. Sənətçilərin birgə ifası Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin musiqi vasitəsilə ifadəsi kimi dəyərləndirilib.

Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhаn Seyhan tədbirlə bağlı fikirlərini bölüşərək, iki ölkə arasındakı münasibətlərin ortaq tarix və mədəni dəyərlər üzərində qurulduğunu bildirib. O, bu əlaqələrin daha da güclənməsində incəsənətin mühüm rol oynadığını vurğulayıb.

Mədəni diplomatiya çərçivəsində təşkil olunan konsert Türkiyə ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi və xalqlar arasındakı mənəvi bağların möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir kimi diqqət çəkib.

image-rb50aq8pw3cozgoahqiaavjg3kkfxa4rtqjd3c0c image-eyycuwiqjcvwcbpxtdbrwcvms16nxc4tyvgepens image-f5trptupn5rzunrwulqte0fph1gswrusuia0fqeb image-4iwzz8ao4njtuynb6ft6l2jv2j39l27fqsogu6jy image-g0ypsmcj836zt0mg5arsorkvo8bqkx3cipcwqorx image-b8e32fmbppko9qf6lz9t7pvcytrhtflnnmkaefzi image-rb5whfeeuc2gns9gkr3ttk3biqlb0i5prdyumm0n image-elr6ikim8cegwayhp77jtl7zuwgvz2ufrzdpww7x



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki