image-1backend

Alihan Kuriş işində FETO izi: Kimlər həbs edilə bilər?

image-ads-728x90

Türkiyədə Əlihan Kurişin rəhbərlik etdiyi  mütəşəkkil cinayətkar qrupla bağlı istintaq çərçivəsində beş ədəd F seriyalı 1 dollarlıq əskinas müsadirə edilib. Əskinasların aşkarlanması FETÖ ilə bağlı əvvəlki istintaqlarda gündəmə gələn oxşar halları yenidən diqqət mərkəzinə gətirib.

Korrekt.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çirkli pulların yuyulması, dövlət qurumlarına qarşı dələduzluq və vergi qanunvericiliyinin pozulması iddialarını əhatə edir.

Oktyabrın 19-da Ankara mərkəzli olmaqla 12 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 28 yaşayış ünvanında və 16 iş yerində axtarış aparılıb. İş üzrə saxlanılan şübhəlilərin sayı 22 nəfər olub.

İstintaq çərçivəsində Amasiya şəhərində saxlanılan Hüseyn Uysalın ortağı olduğu zərgərlik mağazasında da axtarış keçirilib. Məlumata görə, zərgərlik əşyalarının saxlanıldığı piştaxtanın altındakı seyfdən beş ədəd 1 dollarlıq əskinas götürülüb. Əskinasların F seriyasına aid olduğu bildirilib.

Hüseyn Uysal isə pulları nə vaxt əldə etdiyini xatırlamadığını və onların müştərilərdən alındığını ehtimal etdiyini deyib.

Qeyd edək ki, Türkiyədə FETÖ ilə bağlı əvvəlki istintaqlarda da bəzi şəxslərin üzərindən F seriyalı 1 dollarlıq əskinaslar aşkarlanıb. Həmin əskinasların təşkilat daxilində simvolik məna daşıdığı barədə iddialar irəli sürülüb. Bununla belə, zərgərlik mağazasında tapılan əskinasların mövcud istintaq üzrə hansısa təşkilati əlaqəni təsdiqlədiyi barədə yekun hüquqi nəticə açıqlanmayıb.

İstintaq materiallarında, həmçinin qanunsuz maliyyə əməliyyatları, ianələrin qeyri-rəsmi toplanması, zərgərlik sektoru vasitəsilə şübhəli pul dövriyyəsi və şirkət səhmlərinin qanunsuz ötürülməsi ilə bağlı iddialar yer alır. Bu məlumatların bir hissəsinin şahid ifadələrinə əsaslandığı bildirilir.

Məlumata görə, istintaq çərçivəsində ümumilikdə 38 şübhəli barəsində qərar verilib. Onlardan 22-si saxlanılıb, 14 nəfərin xaricdə olduğu müəyyən edilib, digər iki şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

İş üzrə araşdırmalar davam edir. Şübhəlilərlə bağlı irəli sürülən iddialar məhkəmənin yekun qərarı ilə təsdiqlənməyənədək hüquqi baxımdan ittiham xarakteri daşıyır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki