Bu gün İsrail Müdafiə Nazirliyi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan EXTRA-MR (orta mənzilli) raketlərinin və PULS tipli reaktiv yaylım atəşi sistemlərinin tədarükü üçün 235 milyon dollar dəyərində müqavilə imzalanıb.
Korrekt.az xəbər verir ki, müqavilənin 3 il ərzində icra olunması nəzərdə tutulur.
EXTRA-MR orta mənzilli əməliyyatlar üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli idarəolunan raketdir. O, 80 kilometrədək məsafədə düşmən hədəflərini dəqiq vurmağa imkan verir.
Sistem “Elbit Systems” şirkətinin PULS platformasına və mövcud C4I komanda-idarəetmə, rabitə və informasiya sistemlərinə tam uyğunlaşdırılıb. Bu, müxtəlif əməliyyat ssenariləri üçün çevik və sərfəli imkanlar yaradır”.”Yeni Sabah”





















