image-1backend

Atasını Stalin sürgün etmişdi, Azərbaycandan bir milyon təzminat istəyir

image-ads-728x90

1937-ci ildə SSRİ-də baş verən siyasi repressiyalar nəticəsində Qazaxıstana sürgün edilən şəxsin 74 yaşlı oğlu Azərbaycan məhkəməsinə müraciət edib.

Mahmud Fərədziyev adlı şəxs repressiya nəticəsində itirdiyi mülki və əmlak hüquqlarının bərpa edilməsini, o cümlədən ailəsinin tarixi vətəni olan Azərbaycana qayıtmaq və orada yaşamaq məqsədilə Azərbaycan Respublikası vətəndaşlığının verilməsi tələbəini irəli sürüb.

Bundan başqa o, Azərbaycandan bir milyon manat maddi və mənəvi təzminat istəyib.

Mahmud Fərədziyev iddia ərizəsini onunla əsaslandırıb ki, 1876-cı il təvəllüdlü atası Fərəcov Cabbar Əmən oğlu Antisovet fəaliyyətinə görə 1937-ci ildə ailə üzvləri ilə birlikdə SSRİ tərəfindən siyasi repressiyalara məruz qalıb. Buna görə də, ailəsi ilə birlikdə daimi yaşadıqları Zəngilan rayonunun Qırax Müşlan kəndindən Qazaxıstanın Cambul vilayətinin Çuy rayonuna sürgün edilib.

Mahmud Fərzəliyevin özü isə 1952-ci ildə, yəni repressiyadan 15 il sonra Qazaxıstanda dünyaya gəlib.

Azərbaycan Maliyyə Nazirliyi bu iddiaya etiraz edib. Etiraz onunla əsaslandırılıb ki, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində bəraət almış şəxslərin hüquqlarının bərpa olunması ilə bağlı müddəa qeyd olunsa da, hüquqlarının bərpa edilməsi ilə əlaqədar kompensasiya və ya dövlət büdcəsinin üzərinə öhdəlik qoyulması müşahidə edilməyib.

Belə ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Milli Məclis tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır.

Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, iş materiallarında 1989-cu il tarixli rəyə əsasən Azərbaycan SSRİ Xalq Komissarlığının 1937-ci il

tarixli qərarı ləğv edilərək onun ailə üzvlərinə bəraət verilməsi sübut olunub. Göründüyü kimi, iddia tələbinin Maliyyə Nazirliyi ilə əlaqəsi olmadığından iddia tələbi rədd edilməklə işə xitam verilməlidir.

Məhkəmə isə nәzәrә alıb ki, müasir Azәrbaycan Respublikası hüquqi baxımdan Azәrbaycan SSR-in müәyyәn mәnada varisi hesab oluna bilsә dә, bu varislik bütün delikt öhdәliklәrinin tam vә avtomatik keçmәsi kimi şәrh edilә bilmәz. Yәni dövlәt bu kimi hallarda keçmiş hüquq pozuntularını tanımaqla kifayәtlәnә, lakin kompensasiya mexanizmini öz mülahizәsi daxilindә mәhdudlaşdıra bilәr. Bu yanaşma Avropa İnsan Hüquqları Mәhkәmәsinin praktikasına da uyğundur.

Belәliklә, yuxarıda qeyd edilәnlәrә әsasәn, mәhkәmә belә qәnaәtә gәlib ki, dövlәtin repressiyaları tanımaq vә bәraәt vermәklә kifayәtlәnmәsi hüquqi baxımdan qәbuledilәn yanaşmadır. Odur ki, mövcud qanunvericilik çәrçivәsindә iddiaçının maddi-mәnәvi zәrәrin kompensasiyasını, elәcә dә pozulmuş әmlak hüquqlarının bәrpasını Azәrbaycan Respublikasından tәlәb etmәk üçün subyektiv hüququ olmadığından iddia rәdd edilmәlidir.

Qeyd edək ki, 1937-ci ildə SSRİ-də baş verən repressiyalar əsasən İosif Stalin dövründə həyata keçirilib.

Emin Səfərov



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki