image-1backend

İran millisi ABŞ-a getməkdən imtina edir? – Mehdi Təc danışıqlara gedir

image-ads-728x90

İran Futbol Federasiyasının prezidenti Mehdi Təc yaxın günlərdə FIFA prezidenti Canni İnfantino ilə görüşərək İran millisinin ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakını müzakirə edəcəyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, dövlət televiziyasına verdiyi açıqlamada Təc görüşün dəqiq vaxtı və yerini açıqlamayıb. O bildirib ki, İran tərəfi ölkənin rəsmi və hərbi qurumlarına qarşı “təhqir xarakterli halların” baş verməyəcəyinə dair təminat gözləyir:
“Gözləntilərimizi qarşı tərəfə çatdıracağıq. Əgər bu tələblər yerinə yetirilərsə, şübhəsiz ki, turnirdə iştirak edəcəyik.”

Qeyd olunur ki, İran millisinin Dünya Kubokunda iştirakı hazırda gündəmdə qalır. Lakin komanda ilə bağlı nümayəndə heyətinin və texniki personalın ev sahibi ölkələrə — ABŞ, Kanada və Meksikaya giriş məsələsi həmin ölkələrin immiqrasiya siyasətindən asılıdır.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, İran milli komandasının futbolçularının ölkəyə girişində problem olmayacaq. Bununla belə, federasiyanın texniki heyətinə icazə verilməyəcəyi qeyd edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki