Türkiyədə bələdiyyə başçısı vəfat edib. Korrekt.az Türkiyə mediasına istinadən xəbər verir ki, Manisanın Şehzadeler Bələdiyyəsinin sədri Gülşah Durbay müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Durbay uzun müddət yoğun bağırsaq xərçəngi ilə mübarizə aparırdı və müalicə prosesində intubasiya edilmişdi.
Gülşah Durbay 1988-ci ildə Manisada anadan olub. Təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra Hacəttəpə Universitetinin Mühəndislik fakültəsini 2011-ci ildə bitirib. Siyasi karyerasına Cümhuriyyət Xalq Partiyasında (CHP) başlayan Durbay 31 mart 2024-cü il tarixində keçirilən yerli seçkilərdə Şehzadeler rayonunun bələdiyyə sədri seçilmişdi.





















