Ben Chilwell komanda yoldaşı olmuş Jamie Vardy haqqında maraqlı açıqlamalar verib.
Korrekt.az xəbər verir ki, bu barədə L’Equipe nəşri məlumat yayıb.
Çilvellin sözlərinə görə, Vardinin matçlara hazırlıq prosesi adi futbolçu standartlarından xeyli fərqlənirdi. O bildirib ki, hücumçu bəzən qısa müddət ərzində bir neçə enerji içkisi qəbul edirdi.
“Ceymi bir saata dörd şüşə ‘Red Bull’ içirdi. Axşamlar matçdan əvvəl hoteldə şərab və pivə qəbul edirdi. Demək olar ki, yatmırdı. Gecə saat 3-də məni oyatmaq üçün qapımı döyürdü. O, dəlidir. Amma bütün bunlardan sonra meydana çıxıb het-trik edirdi”, – deyə Çilvell bildirib.
Qeyd edək ki, Ceymi Vardi karyerası ərzində qeyri-adi həyat tərzi və buna baxmayaraq göstərdiyi yüksək performansla tez-tez gündəmə gəlib.





















