image-1backend

Ermənistan müxalifəti Paşinyana qarşı birləşir: 12 siyasi qüvvə milli koalisiya yaratdı

image-ads-728x90

Ermənistanda 12 müxalif siyasi qüvvə birgə bəyanatla çıxış edərək milli birlik və konsolidasiya təşəbbüsü elan edib. Müxalifət təmsilçiləri ölkənin qarşılaşdığı siyasi və dövlətçilik problemlərinin həlli üçün səylərini birləşdirmək niyyətində olduqlarını bildiriblər.

Birgə bəyanatda qeyd olunub ki, siyasi qüvvələr arasında ayrı-ayrı məsələlərə dair fikir ayrılıqları olsa da, Ermənistanın və erməni xalqının üzləşdiyi problemlərin ciddiliyi ümumi məqsədlər ətrafında birləşməyi zəruri edir.

Korrekt.az xəbər verir ki,  koalisiyanın əsas hədəfləri kimi aşağıdakılar müəyyənləşdirilib:

– Yeni Konstitusiyası adlandırılan sənədin qəbul edilməsinin qarşısının alınması;
– Birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhün əldə edilməsi;
– Milli kimliyin və Erməni Apostol Kilsəsinin qorunması;
– Demokratik hüquq və azadlıqların bərpası.

Bəyanat müəllifləri bütün siyasi qüvvələri, ictimai xadimləri və fəalları milli prioritetlər ətrafında birləşməyə çağırıblar.

Koalisiyanın yaradılması təşəbbüsünə aşağıdakı 12 siyasi qüvvə qoşulub:

1. “Güclü Ermənistan”
2. “Ermənistan” ittifaqı
3. “Ermənistan Referendumu”
4. “Yaşamaq üçün bir ölkə”
5. “Çiçəklənən Ermənistan”
6. Ermənistan Respublika Partiyası
7. Erməni Milli Konqresi
8. “İrs”
9. “Birlikdə”
10. “Demokratik Alternativ”
11. “Yeni Dövr”
12. “Birləşmiş Ermənilər”

Bu təşəbbüs Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinə qarşı çıxan müxalif qüvvələrin koordinasiyalı fəaliyyətə keçmək cəhdi kimi qiymətləndirilə bilər.

Yeni siyasi birliyin qarşıdakı dövrdə hansı addımları atacağı və ölkənin daxili siyasi proseslərinə necə təsir göstərəcəyi diqqət mərkəzində olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki