Ermənistan Azərbaycan, İran və Rusiyadan təbii qaz almağı düşünür.
Korrekt.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bunu cümə axşamı keçirilən brifinqdə açıqlayıb.
Jurnalistin alternativ qaz tədarükçüsü kimi hansı ölkələrin nəzərdən keçirildiyi ilə bağlı sualına cavab olaraq Simonyan “Bütün mümkün ölkələrdən” deyib.
“Bizim Azərbaycan, İran və Rusiyadan tədarük etmək imkanımız var. Bütün bu imkanlardan istifadə edirik”, – deyə o bildirib.
Simonyan həmçinin Ermənistan və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
“Bir dəfə Milli Məclisdə dediyim kimi, münasibətlərimiz daha da inkişaf edəcək; bir-birimizlə ticarət edəcəyik”, – deyə o qeyd edib.
Simonyan qeyd edib ki, onun qaz alışı ehtimalı ilə bağlı əvvəlki açıqlamaları parlamentdə güclü reaksiya doğurub.
“Mən qaz alacağımızı deyəndə Milli Məclisdəki hər kəs çox narahat idi və dedilər: “Nə dedi? Nə dedi?” Biz həm qaz, həm də neft alacağıq. “Biz artıq benzin və sair alırıq”, – deyə o bildirib.
Lakin qaz təchizatı ilə bağlı əsaslı danışıqların aparılıb-aparılmadığı soruşulduqda, Simonyan müvafiq məlumata malik olmadığını bildirib.
“Deyə bilmərəm; məndə bu məlumat yoxdur, çünki mən daha çox humanitar məsələlərlə məşğulam”, – deyə o, izah edib.





















