image-1backend

Google məhkəməyə VERİLDİ

image-ads-728x90

Google, süni intellekt üzrə yeni köməkçisi Gemini-nin istifadəçilərin şəxsi kommunikasiyalarını gizli şəkildə izlədiyi iddiaları ilə ABŞ-da məhkəməyə verilib. Bloomberg-in məlumatına görə, iddiaya əsasən, Gemini istifadəçilərin xəbəri və razılığı olmadan Gmail, Chat və Meet kimi xidmətlərdə aktivləşdirilib və onların şəxsi məlumatlarına gizli giriş əldə edilib.

Korrekt.az xəbər verir ki, Kaliforniya federal məhkəməsində açılan iddiaya görə, Google əvvəlcə Gemini-ni isteğe bağlı bir xüsusiyyət kimi təklif edib, lakin oktyabr ayında bu xüsusiyyəti “gizli şəkildə” istifadəçilərə təqdim edərək, şəxsi məlumatları toplamağa başladı. Şikayətə görə, bu vəziyyət Google-a istifadəçilərin şəxsi ünsiyyət və məlumatlarını izləmək və toplamaq imkanı yaratmışdır.

İddia olunur ki, istifadəçilər Gemini-ni deaktiv edə bilərlər, lakin bu seçim çox mürəkkəb məxfilik parametrləri altında gizlədilmişdir. Şikayətə görə, istifadəçilər bu parametrləri dəyişdirmədikdə, Google aşağıdakı məlumatlara tam çıxış əldə edir:

Gmail-də göndərilən və alınan bütün e-poçtlar,

Bütün əlavə fayllar,

Google Çat yazışmaları,

Google Meet vasitəsilə edilən zəng qeydləri və digər ünsiyyət tarixçəsi.

Bu, Kaliforniya Məxfilik Aktının (CIPA) pozulması olaraq qiymətləndirilir. 1967-ci il tarixli qanun, hər iki tərəfin razılığı olmadan rabitənin gizli qeydini və dinlənilməsini qadağan edir.

Gemini daha əvvəl də təhlükəsizlik məsələləri ilə gündəmə gəlmişdi. 2023-cü ildə DeepMind tərəfindən hazırlanan Gemini modeli mobil cihazlar üçün Ultra, Pro və Nano versiyalarında təqdim edilib və mətn, audio, video və kodu emal etmə qabiliyyətinə malikdir. Lakin bu texnologiya bir neçə dəfə təhlükəsizlik müzakirələrinin mərkəzində olub.

Wall Street Journal-ın məlumatına görə, 20-dən çox ölkədə hakerlər Gemini-ni sındıraraq, onu kiberhücumlar üçün istifadə ediblər.

Sentyabr ayında Google, istifadəçi məlumatlarını gizli şəkildə topladığı iddiaları ilə başqa bir məhkəmə işini həll edib. Bu işdə şirkət 425,7 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Google-un süni intellekt siyasətləri və istifadəçi məlumatlarının idarə edilməsi məsələlərinin bu işin nəticəsi ilə əhəmiyyətli şəkildə dəyişməsi gözlənilir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki