image-d3efaba0-870c-4426-a3ed-fad9c1a3dc1e_740backend

Aktrisa Leyla Musayeva vəfat etdi

image-ads-728x90

Bakıda yerləşən ƏSA peşəkar inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.

Korrekt.az  xəbər verir ki, bu barədə teatrdan bildirilib.

Qeyd edilib ki, ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.

2025-ci ilin sentyabr ayından etibarən ƏSA Teatrının kollektivinə qoşulan Leyla Musayeva burada “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.

“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə ƏSA Teatrının bütün kollektivi adından mərhumun ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki