image-c6406b820b8181e62bc9c776b3e779bcbackend

23 yaşlı Gülarənin qətli ilə bağlı ŞOK DETALLAR

image-ads-728x90

Bakıda gənc rəssam, 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Korrekt.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.

Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.

Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki