Bakıda qızıl mağazasından oğurluq edən iki qadın saxlanılıb.
Hadisə Nəsimi rayonu ərazisində yerləşən qızıl mağazalarının birində baş verib.
Mağazadan 1 100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən M.İsmayılova və A.İsmayılova müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır./oxu.az/





















