image-1backend

Gülnarə Kərimovanın aktivlərindən bu ölkəyə 252,5 milyon dollar qaytarılır

image-ads-728x90
İsveçrə və Özbəkistan sabiq prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın qanunsuz yolla əldə edilmiş aktivlərinin növbəti hissəsinin Özbəkistana qaytarılması ilə bağlı sazişi təsdiqləyib.

Korrekt.az xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Sazişə əsasən, Özbəkistana 252,5 milyon dollar vəsait qaytarılacaq. Həmin məbləğ əhalinin rifahının yüksəldilməsi və insan kapitalının inkişafına dəstək məqsədilə “İşonç” fondu (“Özbəkistanın Baxışı – 2030” Fondu) vasitəsilə yönəldiləcək.

Məlumata görə, fondun Resursların Bölüşdürülməsi Strategiyasının birinci mərhələsi çərçivəsində səhiyyə və təhsil sektorlarına artıq 87 milyon dollar ayrılıb.

Vəsait ana və uşaq sağlamlığının yaxşılaşdırılması, perinatal xidmətlərin gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müvafiq sahələrdə institusional potensialın artırılması istiqamətində layihələrə sərf olunacaq.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Özbəkistanın Ədliyyə Nazirliyi ilə İsveçrə hakimiyyəti Gülnarə Kərimovaya məxsus 131 milyon dollar dəyərində aktivlərin ölkəyə qaytarılması barədə yekun saziş imzalamışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki