Ukrayna pilotsuz uçuş aparatları (PUA) bu gecə Rusiyanın Samara vilayətində yerləşən iki neft emalı zavodunu – Kuybışev və Sızran NEZ-lərini hədəfə alıb.
Korrekt.az xəbər verir ki, yerli ictimai kanalların məlumatına görə, gecə saatlarında Samara və ətraf ərazilərdə dronların uçuş səsləri eşidilib, daha sonra partlayışlar baş verib.
Dron hücumu təhlükəsi ilə əlaqədar Samara vilayətində hava həyəcanı elan olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində Kurumoç beynəlxalq hava limanının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bölgənin hava məkanı uçuşlar üçün bağlanıb.
Hələlik neft emalı zavodlarına dəymiş ziyanın miqyası və mümkün tələfat barədə rəsmi məlumat açıqlanmayıb.





















