image-xd46zxd0hjvsrpa0mwst0z94hmmetpzjfdtsdzol_1200backend

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: 5 hərbçi həlak olub

image-ads-728x90

Türkiyənin Eskişehir şəhərində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həyatını itirib.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “AS-532” tipli hərbi helikopter təlim uçuşu həyata keçirmək məqsədilə havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Hadisə yerində helikopterin qalıqları aşkarlanıb.

Qəza nəticəsində 5 hərbçinin həlak olduğu bildirilib.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik faciə ilə bağlı başsağlığı verib.

O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada həlak olan hərbçilərə Allahdan rəhmət diləyib, onların ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və türk xalqına səbir arzulayıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırmaların aparılması gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki