Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa və Çin lideri Si Cinpinə münaqişələrin nizamlanması və ya təhlükəsizlik zəmanətləri ilə bağlı hər hansı sənəd təqdim etməyib.
Korrekt.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.
Peskovun sözlərinə görə, Putin Çində keçirilən üçtərəfli görüşün nəticələrini Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.
Qeyd edək ki, ötən həftə Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü baş tutub.





















