image-1backend

İran rəsmisindən xəbərdarlıq: “Ölkədə aclıq üsyanı çox yaxındır”

image-ads-728x90

İran Tikinti İşləri Təmsilçiləri Partiyasının baş katibi Seyid Hüseyn Mərəşi ölkədə dərinləşən iqtisadi böhranla bağlı ciddi xəbərdarlıq edib. Korrekt.az xəbər verir ki, o, “Sazəndegi” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran iqtisadiyyatı uzun illərdir ağır böhran mərhələsindədir və səthi islahatlar mövcud vəziyyəti dəyişmək gücündə deyil.

Mərəşinin sözlərinə görə, son 20 il ərzində ölkədə orta illik iqtisadi artım təxminən 1 faiz təşkil edib, inflyasiya səviyyəsi isə 50 faizi ötüb. O qeyd edib ki, hazırda əsas istehlak mallarının idxalı üçün ciddi valyuta çatışmazlığı yaranıb.

Partiya rəsmisi hökumətin idxal üçün 1 ABŞ dollarını 125 min tümən məzənnəsi ilə müəyyən etməsini iqtisadiyyatın fövqəladə vəziyyətə daxil olduğunun göstəricisi kimi dəyərləndirib.

Seyid Hüseyn Mərəşi ərzaq təminatında yaranan böhranın “ac insanların küçələrə çıxması” riskini artırdığını vurğulayıb. Onun fikrincə, mövcud vəziyyətdən çıxış yolu yalnız siyasi kursun, xüsusilə də İranın nüvə siyasətinin dəyişdirilməsi ilə mümkündür.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki