image-bez-nazvaniya-1backend

Kim Çen In: Şimali Koreya ABŞ-la danışıqlara hazırdır

image-ads-728x90

Şimali Koreya  ABŞ ilə münasibətlərin normallaşdırılmasına hazırdır, lakin bu prosesin taleyi Vaşinqtonun mövqeyindən asılıdır. Korrekt.az xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Jong Un bildirib.

O, fevralın 19–25-də keçirilən Koreya Əmək Partiyasının 9-cu qurultayında çıxışı zamanı deyib ki, Pxenyan ABŞ-la istənilən qarşıdurmaya tam hazırdır və Vaşinqtona qarşı siyasətinin dəyişməz prinsiplərinə sadiq qalacaq.

“Əgər ABŞ dövlətimizin DPRK Konstitusiyasında təsbit olunmuş mövcud statusunu tanıyarsa və ölkəmizə qarşı düşmənçilik siyasətindən imtina edərsə, münasibətləri yaxınlaşdırmamaq üçün heç bir səbəb qalmayacaq”, – deyə Kim Çen In vurğulayıb.

Şimali Koreya lideri əlavə edib ki, ABŞ əvvəlki yanaşmasını davam etdirər və qarşıdurma xəttini saxlayarsa, Pxenyan buna “simmetrik şəkildə” cavab verəcək. “Bizim bunun üçün vasitə və üsullarımız var”, – deyə o qeyd edib.

Kim Çen In bildirib ki, Şimali Koreya ilə ABŞ arasında münasibətlərin gələcəyi tam şəkildə Vaşinqtonun seçəcəyi yanaşmadan asılıdır. Onun sözlərinə görə, Pxenyan həm dinc yanaşı yaşayışa, həm də uzunmüddətli qarşıdurmaya hazırdır və seçim ABŞ tərəfinə məxsusdur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki