image-imagesbackend

“Kreml yenə öz çirkin siyasətindən əl çəkmir” – Politoloq

image-ads-728x90

Moskvanın Kiyevdəki diplomatik korpusumuza hücumla bağlı məsuliyyəti ABŞ-ın üzərinə atması Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. Ukraynanın paytaxtına raket zərbəsi nəticəsində səfirliyimizə dəyən ziyanın ardından Bakının verdiyi haqlı və sərt reaksiya Rusiyanın bəzi media orqanları və ekspertləri tərəfindən yenidən qərəzlə təqdim olunur. Onlar guya hadisəyə Ukraynanın hava hücumundan müdafiə sistemi səbəb olduğunu iddia edir və Azərbaycanın “həddən artıq sərt” mövqe sərgilədiyini bildirirlər.

Rəsmi Bakı notasında səfirliyə, Xarkovdakı Fəxri Konsulluğa və Odessadakı enerji obyektimizə zərbələrin məqsədli olması ehtimalını gündəmə gətirib. Bunun fonunda Dumanın üzvü Aleksey Çepa hücumun səfirliyi hədəfləmədiyini iddia edir, TASS isə məsuliyyəti ABŞ-ın “Patriot” sisteminə yönəltməyə çalışır.

Rusiyalı politoloq Nikolay Silayev isə daha da irəli gedərək səfirliyin yaxınlığında guya raket bazası yerləşdiyini söyləyib. Rusiya mediasının yazdıqlarını  şərh edən politoloq Arzuman Muradlı bildirib ki, bu iddialar həqiqətə uyğun deyil və Rusiya mediası faktları təhrif edərək baş verənləri ört-basdır etməyə cəhd edir.

image-1

“Səfirliyin ətrafında yaşayış massividir və iddia edilən hərbi obyektlərin heç biri mövcud deyil. Bu, Rusiyanın Azərbaycana məxsus obyektləri ilk dəfə hədəfə alması deyil – daha əvvəl Odessada SOCAR-a məxsus obyekt də vurulmuşdu. Məsələ Rusiyanın Azərbaycana qarşı hələ də xoflu və təzyiqçi yanaşma sərgilədiyini göstərir.  Düşənbə görüşündən sonra müsbət ab-hava yaransa da, görünür, problemlərin bir qismi həll olunmamış qalır və bunun səbəbi də məhz Rusiyadakı müəyyən dairələrin Azərbaycana qarşı davamlı təzyiq cəhdləridir.” – deyə Arzuman Muradlı bildirib.

O qeyd edib ki, Kiyevdəki səfirliyimizin yaxınlığına endirilmiş raket zərbəsi təsadüfi sayıla bilməz və bununla Azərbaycan tərəfinə mesaj verilməyə çalışılıb. Politoloq vurğulayıb ki, müharibə boyunca humanitar normaları pozan, yaşayış məntəqələrini hədəfə alan bir ordudan və onun ekspertlərindən hər cür absurd bəyanat gözləniləndir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki