ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində məşhur rejissor Rob Reiner və həyat yoldaşı Michele Reiner evlərində bıçaqlanmış vəziyyətdə ölü tapılıblar.
Korrekt.az xəbər verir ki, polis əməkdaşlarının verdiyi məlumata görə, çağırış əsasında Reiner cütlüyünün evinə müdaxilə edilib. Evlərindən 78 yaşlı kişi və 68 yaşlı qadının meyitləri tapılıb.
The Associated Press agentliyinə danışan hüquq-mühafizə orqanlarının nümayəndələri ölü şəxslərin Reiner cütlüyü olduğunu təsdiqləyiblər.
Polis bildirir ki, hadisə bıçaqlanma nəticəsində baş verib və hazırda ailə üzvlərindən biri sorğu-sual edilir. Detektivlər isə hadisəni cinayət kimi qiymətləndirirlər.
Rejissor Rob Reiner “Harry Sally ilə Tanış Olunca”, “Birkaç Yaxşı Adam” və “Prenses Gelin” kimi məşhur filmlərin müəllifi kimi tanınırdı.





















