Metronun “20 Yanvar” stansiyasında sıxlıq yaranıb.
Milli.Az-a daxil olan məlumata görə, metroya insanların tək-tək yoxlanılaraq buraxıldığı bildirilir.
Bu isə əhali arasında narahatlıq yaradıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hər şey qaydasındadır:
“Sərnişinlər turniketlərdən normal keçir, platformada xüsusi qeyd olunacaq sıxlıq yoxdur, qatarlar qrafik üzrə normal hərəkət edir”.





















