image-images-2backend

Pezeşkiandan sərt tənqid: “İnsanlar mövcud vəziyyətdən narazıdır” 

image-ads-728x90

Dünən İran prezidenti Məsud Pezeşkian ölkədə idarəçilikdəki nöqsanları, qanunların düzgün icra edilməməsini və iqtisadi korrupsiyanı tənqid edib. O, bu problemlərin vətəndaşlar arasında narazılığa səbəb olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, Pezeşkian hökumətin əsas vəzifəsinin insanların problemlərinin həllinə kömək etmək, onların təhlükəsizliyini, sağlamlığını və dolanışığını təmin etmək olduğunu vurğulayıb.

“Biz insanların həyatının və dolanışığının keşikçisiyik və onların hüquqlarını müdafiə etməliyik. Təəssüf ki, bu gün idarəçilikdəki nöqsanlar və qanunların düzgün icra olunmaması səbəbindən bir çox problemlərlə üzləşirik”, – deyə İran prezidenti bildirib.

Onun sözlərinə görə, sağlam həyat tərzi sürən vətəndaşlar qanun pozuntularından, iqtisadi imtiyazlardan, haqsız qazancdan, korrupsiya hallarından və kirayə haqlarından narazıdırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki