image-imagesbackend

Prezident icra başçısının oğluna yüksək hərbi rütbə verdi

image-ads-728x90

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.

Korrekt.az xəbər verir ki, təltif olunanlar arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov da var.

O, general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

S.Qaraşov 2023-cü ilin 22 iyununda FHN-in Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib. O, həmin vaxta qədər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki