Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ və İtaliyanın “Milan” klubları icarə əsasında “Barselona”da çıxış edən ingilis hücumçu Markus Reşfordun xidmətlərində maraqlıdır. Korrekt.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Onun transfer hüquqları yayda Reşfordu satmaq niyyətində olan İngiltərənin “Mançester Yunayted” klubuna məxsusdur. Kataloniya klubu sabit qiymət olan 30 milyon avroluq ödənişi ödəmək istəmir.
Reşford bu mövsüm 39 oyun keçirib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Transfermarkt” Reşfordun transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir.





















