Portuqaliya millisinin baş məşqçisi Jorge Jesus Kriştiano Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bildirib ki, Ronaldonun yığmada çıxışını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar futbolçunun özündən asılıdır:
“Cristiano Ronaldo milli komandada davam edib-etməyəcəyinə özü qərar verəcək. Bu, məndən asılı deyil. Ona görə də nə olacağını bilmirəm. Hər şey mümkündür”.
Jorge Jesus Ronaldo ilə aralarında hər hansı incikliyin olmadığını da vurğulayıb. Baş məşqçi vəziyyətin sadəcə anlaşılmazlıqdan ibarət olduğunu və problemin asanlıqla həll edilə biləcəyini qeyd edib:
“Heç bir inciklik yoxdur, əsla. Sadəcə bir anlaşılmazlıqdır və həlli asan olan bir vəziyyətdir”.





















