Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella komandanın çıxışı və gələcəyi ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, italiyalı mütəxəssis bildirib ki, komandada kollektiv problem yoxdur. Onun sözlərinə görə, Türkiyə millisi yüksək səviyyəli rəqiblərə qarşı belə kifayət qədər qol vəziyyətləri yarada bilir.
“Kollektiv problemimiz yoxdur. Əks halda, bu səviyyədə rəqiblərə qarşı bu qədər qol vəziyyəti yarada bilməzdik. Bizim çatışmayan cəhətimiz qoldur. Qarşıda ümidlə baxacağımız bir gələcək var”, – deyə Montella bildirib.
Montella özünü dünyanın ən yaxşı baş məşqçisi hesab etmədiyini və daim inkişaf etməyə çalışdığını da vurğulayıb.
“Mən dünyanın ən yaxşı baş məşqçisi deyiləm. Özümü daim inkişaf etdirəcəyimi bilirəm. Üç il ərzində inanılmaz işlər gördük. Burada olduğum üçün qürur duyuram. Müxtəlif təkliflər alsam da, Türkiyədə qaldığım üçün çox xoşbəxtəm. Çünki bütün futbolçularımıza inanıram. Onların hamısı böyük fədakarlıqla mübarizə aparırlar”, – deyə o qeyd edib.
İtaliyalı çalışdırıcı futbolçuların sosial mediadan təsirlənməsinə də diqqət çəkib:
“Hər kəsin əlində telefon var. Yəni bir silah var. Onlar bundan təsirlənirlər”.





















