image-1backend

Putin –Tramp–Zelenski görüşü olacaq

image-ads-728x90

Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı danışıqların yaxın günlərdə bərpa oluna biləcəyi bildirilir. Məlumata görə, proses bir həftə ərzində Cenevrə şəhərində davam etdirilə bilər.

Görüşə hazırlıq işləri ilə tanış olan mənbənin məlumatına əsasən, Ukrayna üzrə danışıqlar fevralın 26-da Cenevrədə yenidən başlaya bilər. Korrekt.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Hələlik tərəflərdən rəsmi təsdiq verilməyib.

Eyni zamanda, Vaşinqtonun qiymətləndirməsinə görə, yaxın üç həftə ərzində yüksək səviyyəli sammit üçün şərait formalaşa bilər. Söhbət Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında mümkün görüşdən gedir.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə bağlı diplomatik təmasların intensivləşməsi fonunda belə bir görüşün baş tutması beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Bununla belə, tərəflər arasında yekun razılaşmanın əldə olunub-olunmayacağı hələlik açıq olaraq qalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki