Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ordusunun hərbçilərinə silahı yerə qoyaraq təslim olmaq imkanı verilməlidir.
Korrekt.az xəbər verir ki, dövlət başçısı bu məsələ ilə bağlı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova tapşırıq verib və onun icra vəziyyəti barədə hesabat tələb edib.
“Valeri Alekseeviç, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin düşdüyü mövcud vəziyyəti nəzərə alaraq, mənim xahiş etdiyim kimi, onların silahı yerə qoyub təslim olmaları üçün lazımi şəraitin yaradılıb-yaradılmadığı barədə məlumat verməyinizi istəyirəm”, – Putin bildirib.





















