image-1backend

“ATA Tinqçilik”in 37 min avroluq işi – Direktorun ölkədən çıxışına “stop” qoyuldu

image-ads-728x90

“ATA Tinqçilik” MMC-nin direktorunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi icra məmurunun təqdimatını təmin edib.

Məhkəmə materiallarına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib. Nəticədə şirkətə 37 min avro məbləğində valyuta vəsaitinin 20 faizi həcmində, yəni 7400 avro (14 074,06 manat) cərimə tətbiq edilib.

Qərar 2025-ci ildə icraya yönəldilsə də, cərimə bu günə qədər ödənilməyib. İcra məmurunun bildirdiyinə görə, şirkətə könüllü ödənişlə bağlı rəsmi bildiriş göndərilib, şifahi və yazılı xəbərdarlıqlar edilib. Lakin borc tam ödənilməyib.

İcra tədbirləri zamanı şirkətin adına borcun tutulmasına yönəldilə biləcək əmlak da aşkar edilməyib.

1987-ci il təvəllüdlü Ayxan Vəliyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət olunub. Binəqədi Rayon Məhkəməsi “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsini rəhbər tutaraq təqdimatı təmin edib.

Qərardadın icrası Binəqədi Rayon İcra Şöbəsinə həvalə olunub.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Ayxan Vəliyev “ATA TİNQÇİLİK” MMC-nin həm qanuni təmsilçisi, həm də direktorudur. Nizamnamə kapitalı 30 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, ev 42A-dır.Qaynarinfo



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki