image-qbackend

Qərb koalisiya qüvvələrini Suriyadan çıxardı

image-ads-728x90

Korrekt.az  xəbər verir ki , ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqindəki Kasrak hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb .

Məlumata görə, şəxsi heyət və hərbi texnika ilə yüklənmiş karvanlar qonşu İraqa doğru gedir.
Kasrak bazası Qərb koalisiyasının Suriyadakı ən böyük hərbi obyekti hesab olunurdu. Daha əvvəl ABŞ və müttəfiq qüvvələri əyalətin cənubundakı Harrab əl-Cir hava bazasını və Əş-Şəddadi təlim düşərgəsini tərk etmişdilər.

Fevralın 12-də koalisiya qoşunları Suriya, İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən və strateji Dəməşq-Bağdad magistral yolunu idarə etməyə imkan verən Ət-Tanf bazasından çıxarılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki