image-1backend

Rusiya Odessada türk gəmisini vurub

image-ads-728x90

Rusiya qüvvələri Ukraynanın İzmail limanında mayeləşdirilmiş neft qazı (LPG) ilə yüklənmiş türk gəmisini hədəfə alıb və Rumıniya yanan gəmidə partlayış ola biləcəyinə görə sərhəddə yerləşən Plauru kəndinin sakinlərini təxliyə edib.

Korrekt.az xəbər verir ki, Türkiyə Dəniz İşləri Baş İdarəsindən verilən məlumata görə, 4 ton maye qazla yüklənmiş “ORINDA” gəmisində baş verən yanğın nəticəsində ölən və yaralanan olmayıb, hər kəs təxliyə edilib, lakin yanğının söndürülməsi işləri hələ də davam edir.

“16 nəfərlik ekipajı daşıyan və LPG ilə yüklənmiş Türkiyə bayraqlı “ORINDA” gəmisi Ukraynanın İmail limanında boşaldılması əməliyyatları zamanı toqquşub və alovlanıb”, – deyə məlumatda bildirilir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki