image-1backend

Siyəzəndə bu ünvanda nə baş verir? Rəsmi müdaxilə

image-ads-728x90
Siyəzəndə fəaliyyət göstərən ərzaq bazarlarından birində qida təhlükəsizliyi sahəsində pozuntular aşkarlanıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında yerləşən “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçiriblər.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün sahibkara icrası məcburi göstərişlər verilib. Həmçinin sahibkar barəsində inzibati protokol tərtib olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki